Fallout 3
| Fallout 3 | |
|---|---|
| | |
| "Fallout 3" videooyununun rəsmi afişası | |
| Hazırlayanlar | Bethesda Game Studios |
| Yayımlayan |
|
| Lokalizator | |
| Seriya | "Fallout" |
| Anons tarixi | 2 may 2007 |
| Buraxılış tarixi | |
| Sonuncu versiya |
|
| Sonuncu beta-versiya |
|
| Janrlar | döyüş rol videooyunu |
| Yaş reytinqləri | |
| Rejissor | |
| Prodüserlər |
|
| Dizayner | Emil Paqliarulo |
| Ssenaristlər | Emil Paqliarulo |
| Proqramçılar |
|
| Rəssamlar | İştvan Peli |
| Bəstəkar | |
| Texniki məlumat | |
| Platforma | Microsoft Windows[1], PlayStation 3, Xbox 360, Xbox One |
| Mühərrik | Gamebryo[d] |
| Oyun rejimi | birnəfərli oyun[2] |
| İnterfeysin dili | çoxdilli |
| Daşıyıcılar | DVD (PC üçün), Blu-Ray (PS3 və Xbox 360 üçün), rəqəmsal dağılım (Steam, PSN, Xbox Live) |
| İdarəetmə |
klaviatura və siçan geympad |
| Rəsmi saytı | |
Fallout 3 (azərb. Radioaktiv-yağıntı 3) — "Bethesda Game Studios" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan döyüş rol videooyunu. "Fallout" oyun seriyasındakı 3-cü əsas epizoddur[3] (bütövlükdə 5). Bu, "Bethesda"nın franşizanın hüquqlarını "Interplay Entertainment"dən əldə etməsindən sonra tərtib olunmuş ilk "Fallout" buraxılışıdır. Oyun əvvəlki buraxılışlardakı ikiölçülü izometrik qrafika və növbə əsaslı döyüş əvəzinə üçölçülü qrafika və real zamanlı döyüşündən istifadə edir. Oyun 28 oktyabr 2008-ci ildə Şimali Amerikada, 31 oktyabr 2008-ci ildə Avropa və Avstraliyada, 4 dekabr 2008-ci ildə Yaponiyada "Microsoft Windows", "PlayStation 3" və "Xbox 360" platformaları üçün satışa çıxarılmışdır.[4][5][6] Həmçinin, "Fallout 3" 11 noyabr 2015-ci ildə Fallout 3 "Xbox One" və sonrakı "Xbox Series X/S" üçün geriyə uyumlu olaraq buraxılmışdır.
Oyunun hadisələri ABŞ-nin Vaşinqton şəhərini, həmçinin Virciniya, Merilend və Pensilvaniya ştatlarının şəhərətrafı hissəsini əhatə edən "Paytaxt çöllüyü" (ing. Capital Wasteland) adlı regionda cərəyan edir. Oyunun əsas hekayəsi "Fallout 2"-nin hadisələrindən 36 il sonra və "Böyük müharibə"dən (ing. "The Great War") 200 il sonra, yəni 2277-ci ildə baş verir. Buna baxmayaraq, "Fallout 3" əvvəlki oyunun birbaşa sikveli deyil. Oyunçu "Yalnız didərgin" (ing. Lone Wanderer) adlı bir personajı idarə edir. Oyunçu personaj 101 nömrəli sığınacaqda (ing. Vault 101) böyümüş bir yeniyetmədir. "Yalnız didərgin" sığınacaqdan qaçmış atası Ceymsi axtarmaq məqsədilə oranı tərk edir və "Paytaxt çöllüyü"nə üz tutur. O, bu yolda özünü təmiz, kütləvi istehsal olunan, şüalanmamış içməli suyu yenidən reallığa çevirməyə çalışmaq uğrunda, həm də Polad qardaşlığı (ing. Brotherhood of Steel) və Anklav (ing. Enclave) arasındakı mübarizədə tapır.
"Fallout 3" tənqidçilər tərəfindən müsbət rəylər almışdır və bir sıra "İlin oyunu" mükafatlarını qazanmışdır. Müsbət fikirli tənqidçilər oyunun açıqfikirli geympleyini və çevik personaj tənzimləmə sistemini yüksək qiymətləndirmişdir. Bu, indiyə qədər hazırlanmış ən yaxşı videooyunlarından biri hesab olunur. "Fallout 3" videooyunu kommersiya baxımından "Bethesda"nın əvvəlki buraxılışı "The Elder Scrolls IV: Oblivion"dan daha uğurlu olmuşdur və ilk həftəsində demək olar ki, 5 milyon kopyası satılmışdır. "Bethesda" oyunun satışa çıxarılmasından sonra beş endirilə bilən məzmun buraxmışdır. Oyun satışa çıxarıldıqdan sonra Avstraliyada məzmununda narkotikdən istifadənin nümayiş etdirilməsi, oyunçu personajda alkoqolizm və narkotik maddələrə aludəçilik yaranması imkanına görə, Hindistanda isə mutasiyaya uğramış mal-qaranın hinduizmdəki brahmanın adını almasına görə qalmaqallara səbəb olmuşdur. "Fallout 3"dən sonra 2010-cu ildə "Obsidian Entertainment" tərəfindən istehsal olunmuş "Fallout: New Vegas" spin-off videooyunu, 2015-ci ildə isə "Fallout" seriyasındakı dördüncü əsas buraxılış olan "Fallout 4" satışa çıxarılmışdır.
Geympley
[redaktə | vikimətni redaktə et]Personaj yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Sağlamlıq, silah və geyim
[redaktə | vikimətni redaktə et]V.Y.H.S.
[redaktə | vikimətni redaktə et]Yoldaşlar
[redaktə | vikimətni redaktə et]Süjet
[redaktə | vikimətni redaktə et]Qurma
[redaktə | vikimətni redaktə et]Məzmun
[redaktə | vikimətni redaktə et]Broken Steel sonluğu
[redaktə | vikimətni redaktə et]İstehsal
[redaktə | vikimətni redaktə et]Interplay Entertainment
[redaktə | vikimətni redaktə et]Bethesda Softworks
[redaktə | vikimətni redaktə et]Musiqi və səs
[redaktə | vikimətni redaktə et]Buraxılış
[redaktə | vikimətni redaktə et]Treylerlər
[redaktə | vikimətni redaktə et]Kinofestival
[redaktə | vikimətni redaktə et]Pərakəndə versiyalar
[redaktə | vikimətni redaktə et]Endirilə bilən məzmun
[redaktə | vikimətni redaktə et]Qəbul
[redaktə | vikimətni redaktə et]Tənqidçilərin mövqeyi
[redaktə | vikimətni redaktə et]Satışlar
[redaktə | vikimətni redaktə et]Mükafatlar və irsi
[redaktə | vikimətni redaktə et]Texniki problemlər
[redaktə | vikimətni redaktə et]Qalmaqal və fandom
[redaktə | vikimətni redaktə et]Regional variantlar
[redaktə | vikimətni redaktə et]Narkotikə istinadlar
[redaktə | vikimətni redaktə et]Hindistanda
[redaktə | vikimətni redaktə et]Yaponiyada
[redaktə | vikimətni redaktə et]Qeydlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ redump.org (ing.). USA.
- ↑ Steam. 2003.
- ↑ "Fallout 3". Game Informer. No. 171. iyun 2007. səh. 52.
- ↑ "Fallout 3 Has Gone Gold". Bethesda Softworks. 11 oktyabr 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2009.
- ↑ "Fallout 3 is in Windows 7 Not Compatible List". Microsoft. İstifadə tarixi: 2 oktyabr 2010.
- ↑ Berghammer, Billy. "Game Informer's July Cover Revealed!". Game Informer. 5 iyun 2007. 7 iyun 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2007.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]Məlumat
[redaktə | vikimətni redaktə et]- fallout.bethesda.net/en/games/fallout-3 — "Fallout 3"ün rəsmi saytı (ing.)
- Fallout 3 — Internet Movie Database saytında
- Fallout 3 — MobyGames saytında
- 3 Fallout 3 — seriyanın rəsmi Vikiyasında. (ing.) (rus.)
Treylerlər
[redaktə | vikimətni redaktə et]- "Fallout 3 Teaser Trailer" — YouTube platformasında
- "E3 2008 - Fallout 3 Trailer" — YouTube platformasında
