Məzmuna keç

Snickers

Vikipediya, azad ensiklopediya
Snickers

Snickers — qovrulmuş yerfındığı (fındıq və ya günəbaxan tumu da ola bilər), karamelnuqadan ibarət, üzəri südlü şokoladla örtülmüş şokolad batonu[1]. ABŞ-də ən çox satılan şokolad batonudur. Dünyada illik satışı 2 milyard dollar aralarındadır[2]. İlk zamanlar Böyük Britaniyaİrlandiyada Marafon adıyla[3] satılırdı, daha sonra isə Snickers adı ilə bütün dünyada tanınmağa başladı.

Snickers batonu ilk dəfə 1923-cü ildə ABŞ-də konditer Frenk Mars tərəfindən hazırlanmışdır. Ancaq kütləvi istehsal yalnız 1930-cu ildə başlamışdır. 1929-cu ilin noyabrında Çikaqo şəhərində Snickers batonları hazırlanan zavod fəaliyyətə başlamışdır.

Batonun adı Mars Incorporated şirkətinin banisi olan Mars ailəsinin atının adından götürülmüşdür.

  1. ""Snickers Candy Bar"". 26 fevral 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2012.
  2. "Women sweet on humorous Snickers ads". 8 dekabr 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2012.
  3. "Mars şirkətinin məhsulları". 12 yanvar 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 yanvar 2012.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]