Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya
(Main Page səhifəsindən istiqamətləndirilmişdir)

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 211.452 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Yasuke (təqribən 1555-ci il – 1582-ci ildən sonra) — Yaponiya sərkərdəsi Oda Nobunaqanın Senqoku dövründə xidmətində olmuş afrikamənşəli xidmətçi və döyüşçü. Yasuke 1579-cu ildə italiyalı yezuit missioneri Alessandro Valinyanonun xidmətçisi kimi Yaponiyaya gəlmişdir. Oda Nobunaqa qaradərili bir insanı görmək istəmiş və sonradan onu öz xidmətinə qəbul etmiş, ona Yasuke adını vermişdir. Yasukeyə qılınc, ev və maaş təqdim edilmişdir. O, 21 iyun 1582-ci ildə baş vermiş Honnoci məbədində insident zamanı Nobunaqanın məcburi olaraq harakiri etməsinə şahid olmuşdur. Hadisədən sonra Yasuke yenidən yezuitlərin yanına göndərilmişdir. Onun sonrakı həyatı haqqında məlumatlar indiki dövrə qədər qorunmamışdır. Bəzi mənbələrə görə, Yasuke Nobunaqanın gördüyü ilk afrikalı olmuşdur. O, "cənub barbarları ilə ticarət" adlanan proses çərçivəsində Yaponiyaya gələn çoxsaylı afrikalılardan biri olmuşdur.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Mustafa Fəhmi XubilayTürkiyə müəllimi və subleytenantı. O, 23 dekabr 1930-cu ildə Menəmən hadisəsi zamanı Menəməndə iki məhəllə gözətçisi ilə birlikdə respublika əleyhdarı bir qrupun üsyanı əsnasında Dərviş Mehmet tərəfindən öldürülmüşdür. Dərviş onu öldürdükdən sonra özü də zərərsizləşdirilmiş və qısa müddət sonra edam olunmuşdur. O, Xubilay xana olan heyranlığına görə dostları tərəfindən "Xubilay" ləqəbiylə yad edilmişdir. Bu ləqəb onun həyatında mühüm yer tutmuş və sonradan Mustafa Fəhmi Xubilay kimi tanınmağa başlanmışdır. Xubilay təyin olunduğu məktəblərin birində tanış olduğu müəllim dostu Fatma Vədidə xanımla ailə həyatı qurmuş və onların bir oğlu olmuşdur. Xatirəsinə bir çox əsərlər ithaf edilmiş və müxtəlif obyektlərə onun adı verilmişdir. Hər il öldüyü gün – 23 dekabrda onun xatirəsinə anım məclisləri təşkil olunur.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Müzəffəri hökmdarlarının siyahısıMüzəffərilər xanədanlığını idarə edən hökmdarların siyahısı. Ərəb əsilli sülalə olan Müzəffərilər XIV əsrdə Ərəb fəthləri dövründə Xorasanda yerləşmişdilər. Sülalənin əsası Qiyasəddin Hacı tərəfindən qoyulmuşdur. Müzəffəri hakimiyyətinin əsası isə 1314-cü ildə Mübarizəddin Məhəmməd tərəfindən qoyulmuşdur. Mübarizəddin Məhəmməd və Cəlaləddin Şah Şüca dövründə Müzəffərilər ən qüdrətli dövrünü yaşamışdır. Mübarizəddin Məhəmməd dövründə Müzəffərilər Yəzd, Kirman, Şiraz, İsfahan, LuristanFars bölgələrini ələ keçirərək Mərkəzi İranda və Əcəm İraqında hakimiyyət qurdular. Həmçinin Mübarizəddin Məhəmməd və Şah Şüca dövründə Azərbaycana yürüşlər təşkil edilsə də, burada ciddi uğur əldə edə bilmədilər və kiçik aralıqlarla hakimiyyətdə oldular.

Şəkildə sonuncu Müzəffəri hökmdarı Şah Mənsur təsvir olunub.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli